Sosial şəbəkədə biz:

İğdır-Naxçıvan qaz kəməri layihəsinin tamamlanacağı vaxt açıqlandı

15 December 2020, 21:54
Gündəm

İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycanın enerji naziri Pərviz Şahbazov ilə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə əsasən İğdır şəhərindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin “BOTAŞ” şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq.