Sosial şəbəkədə biz:

Nazir: "Evlərin bərpası üçün qiymətləndirmə işi sürətlə aparılır"

16 December 2020, 10:05
Gündəm

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində ziyan vurulmuş evlərin bərpa olunması üçün qiymətləndirmə işləri sürətlə aparılır.

Bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

"Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri sürətlə aparılır. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaqdır", - deyə nazir qeyd edib.