Sosial şəbəkədə biz:

Erməni nazirlə jurnalist arasında gərginlik yaşandı

22 December 2020, 21:46
Gündəm

Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyan media nümayəndələrinə qarşı hörmətsizlik edib.

Azvision.az xəbər verir ki, bu gün jurnalistlərdən biri toplantıdan çıxan nazirə sual vermək üçün yaxınlaşıb.

O isə kobud şəkildə “görürsən ki, mən gedirəm...” deyərək jurnalisti acılayıb.

KİV nümayəndəsi də öz növbəsində nazirə deyib: “Siz də görürsünüz ki, biz sizə sual veririk. Dayanıb cavab verə bilərdiniz”.