Sosial şəbəkədə biz:

Qarabağ müharibəsində döyüşənlərə pul verildi

25 December 2020, 09:54
Gündəm

Vətən müharibəsində iştirak etmiş və hazırda xidmətini davam etdirən hərbçilərə maliyyə ödənişi edilib.

Döyüşdə olan əsgərlərin hər biri üçün aylıq 360 manat verilib. Söhbət sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş şəxslərdən gedir.

Hərbçilərə hər ay üçün - oktyabr, noyabr, dekabr ayları üçün – ümumilikdə 1080 manat verilib. Əsgərlər bunu sevinclə qarşılayıb və video çəkərək paylaşıblar.