Sosial şəbəkədə biz:

Təhsil Nazirliyindən onun loqosundan istifadə edənlərlə bağlı- Açıqlama

06 January 2021, 21:42
Gündəm

Son günlərdə Təhsil Nazirliyinin loqosundan istifadə edərək müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, bu hal ictimaiyyəti aldatmaq və mövcud qanunvericiliyin tələblərini pozmaqdır:

“Təhsil Nazirliyi bildirir ki, nazirliyin loqosunun bu cür hallarda istifadəsi davam etdiyi təqdirdə müvafiq araşdırma aparılacaq və bu işi həyata keçirən şəxslər barədə hüquqi çərçivədə tədbirlər görüləcək”.