Sosial şəbəkədə biz:

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

21 January 2021, 10:14
Gündəm

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, 2020-ci ildə karantin rejimini pozamaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları faktlarına görə 689 aktiv COVID-19 xəstəsi saxlanılıb.

Qeyd edilib ki, ictimai yerlərdə hərəkət edən aktiv COVID-19 xəstələri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 674 cinayət işi başlanılıb.