Keçmiş döyüşçünün əfvi ilə bağlı Prezidentə müraciət edildi
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Birinci Qarabağ Müharibəsi iştirakçılarından olan və hazırda ömürlük azadlıqdan məhrum edilmiş İntiqam Qayıbovun əfv olunması üçün Prezidentə müraciət edib. Məlumat üçün bildirək ki, İ. Qayıbov Milli qəhrəman Əlyar Əliyevin komandiri olduğu "Qaranquş" kəşfiyyat-diversiya bölüyünün komandir müavini olub.
Redaksiyamıza daxil olan həmin müraciəti təqdim edirik: