Sosial şəbəkədə biz:

Sürüşmə nəticəsində iki evə ziyan dəyib - VİDEO

29 January 2021, 09:26
Gündəm

Bakının Badamdar qəsəbəsində baş vermiş torpaq sürüşməsi nəticəsində bir ictimai iaşə obyektinə və iki fərdi yaşayış evinə ziyan dəyib.

Həmin evlərdə yaşayan sakinlər təxliyə edilib.

Sürüşmə zamanı “Mersedes” markalı avtomobil torpaq uçqunu altında qalıb. Xəsarət alan olmayıb.

Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.

https://www.youtube.com/embed/zgk_fyGA2FI