Sosial şəbəkədə biz:

Türkiyə Azərbaycana 20 mina təmizləyən maşın göndərdi - FOTO

04 February 2021, 18:46
Gündəm

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycana 20 ədəd MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) göndərib.

Bu barədə nazirliyin “Twitter” səhifəsində məlumat paylaşılıb.

“Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən yerli və milli imkanlarla istehsal olunan 20 MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) qardaş ölkə Azərbaycana ixrac edirik. İlk tədarük dəsti Kayseridən yola düşən Hava Qüvvələrimizə məxsus təyyarə ilə Bakıya nəql edilir”, - deyə məlumatda qeyd olunub.