Sosial şəbəkədə biz:

Şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

21 September 2017, 13:18
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759  mm civə sütunu, nisbi rütubət  gecə 75-85, gündüz  35-40 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz  30-35, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.