Bakı Gənclər Mərkəzi "Nizami Gəncəvi ili" ilə bağlı uğurlu layihə təqdim etdi - VİDEO
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi" ili elan edilməsi milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin daha dərindən öyrənilməsinə və təbliğinə bir təkan verdi. Bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yeri olan Nizami Gəncəvinin parlaq irsi, bədii estetik düşüncə tərzinin zənginləşdirən dünya şöhrətli "Xəmsə"si gənclər arasında sevilir. Dahi şairin 880 illiyi ilə əlaqədar Bakı Gənclər Mərkəzi tarixin damarlarından süzülüb gələn, əsrlərin hikmətini dəyişməyən "Nizami Gəncəvi irsinin təbliği" başlığı altında silsilə tədbirlərə "Nizami Gəncəvi-880" promo videosu ilə start verib.

Qeyd edək ki, silsilə layihələrdə Mərkəzin "Səhnədə sən" klubunun istedadlı gəncləri iştirak edirlər. Bu tədbirlərlə yanaşı Bakı Gənclər Mərkəzinin Elektron kitabxanasında daima əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətləri aşılayan söz ustadının əsərlərindən ibarət “Nizami guşəsi” yaradılıb.
Möhtəşəm layihələri izləməyə davam edin.

Azinforum.az