Sosial şəbəkədə biz:

“Mançester Siti” “Arsenal”ı məğlub etdi

22 February 2021, 09:06
Gündəm

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun daha bir oyunu keçirilib.

Turun mərkəzi görüşündə "Mançester Siti" və "Arsenal" komandaları qarşılaşıb.

Maraqlı epizodlarla yadda qalan matç "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.

Bu qələbə sayəsində xallarının sayını 59-a çatdıran Xosep Qvardiolanın komandası turnir cədvəlində liderdir, "Arsenal" isə 34 xalla 10-cu sırada yer alıb.