Sosial şəbəkədə biz:

“Gender bərabərliyini ailəyə, parlament respublikasını isə dövlətə sırıyanda dağılır” - Əkrəm Həsənov

28 February 2021, 19:51
Gündəm

“Ermənistandakı son hadisələr bir daha təsdiq edir ki, parlament respublikası model olaraq, sadəcə,  xarici qüvvələrin əlində oyuncaqdır».

Bunu vəkil Əkrəm Həsənov deyib.

Ə.Həsənov bildirib ki, dövlətdə bir rəhbər olmalıdır, vəssalam: “Ailədə də belə olmalıdır. Gender bərabərliyini ailəyə, parlament respublikasını isə dövlətə sırıyanda axırda ailələr də dağılır, dövlətlər də!”