Sosial şəbəkədə biz:

Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu

07 March 2021, 19:04
Gündəm

Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib. “Report”un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.

Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.