Respublika üzrə pensiyaların mart ayının 16-sı tarixində tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. R.Mehdili qeyd edib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.