Sosial şəbəkədə biz:

Adını üç dəfə dəyişən MTK işində yenilik - Məhkəmə işin baxılmamış saxlanılması ilə bağlı qərardad qəbul edib

11 March 2021, 08:37
Gündəm

Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr. 46 ünvanda tikintisi artıq başa çatmış (8 bloklu binanın) 2 blokunun tikintisi üçün pul ödəyərək, 2005-ci ildən bəri mənzil şəraitini yaxşılaşdırmaq istəyən vətəndaşların üzləşdiyi problemlə bağlı Azinforum.az tərəfindən içtimailəşdirilən mövzu ilə bağlı yenilik var. "Üç milyon pul, 8 mənzil dələduzluğunun izi ilə…" və "Vətəndaşlara dələduzluq edən şirkət 3 dəfə adını dəyişib – “ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC ?" başlıqlı araşdırma yazılarının dərcindən sonra Bakı Kommersiya Məhkəməsi işin baxılmamış saxlanılması ilə bağlı qərardad qəbul edib. Ümid edirik ki, tez bir zamanda haqları tapdalanan bütün sakinlər öz halal mülklərinə sahib olacaqlar.