Sosial şəbəkədə biz:

Gülər Əhmədovaya vəzifə verildi

11 March 2021, 17:02
Gündəm

Sabiq deputat Gülər Əhmədova Müasir Müsavat Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini təyin edilib.

Bu barədə partiyanın sədri Hafiz Hacıyev məlumat verib.

O bildirib ki, G. Əhmədova 5 ay əvvəl partiyaya üzv qəbul edilib: “Daha sonra fəallığına görə onu Siyasi Şuraya üzv seçdik. İdarə Heyətinin bu gün keçirilən iclasında isə onun beynəlxalq sahədə təcrübəsini nəzərə alaraq xarici əlaqələr üzrə sədr müavini təyin etdim”. Qafqazinfo