Sosial şəbəkədə biz:

Goranboy sahibkarları 44 günlük müharibədəki müsbət fəaliyyətlərinə görə təltif ediliblər - Foto

17 March 2021, 10:41
Gündəm

Azinforum.ax xəbər verir ki, Goranboy rayonunda 44 günlük Zəfər Müharibəsində sahibkarların göstərdiyi aktiv fəaliyyətə həsr edilmiş tədbir keçirilib.

Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rəhbərlik 44 günlük müharibə dönəmində Goranboydakı sahibkarlara: şəhid dəfnlərinin təşkili, şəhidlərin qəbrlərinin düzəldilməsi, ön cəbhəyə yardımlara edilməsi istiqamətində atdıqları müsbət addımlara görə təşəkkür edilib. Onlar Novruz Bayramı münasibitilə icra başçısının adından təbrik olunduqdan sonra, mükafatlandırılıblar. Mükafata layiq görülənlər sırasında Sahibkarlar Konfederasiyası Goranboy rayonu üzrə nümayəndəsi Rüstəm Nağıyev də olub. R. Nağıyev də öz növbəsində fəallıq göstərən bir neçə sahibkarı Konfederasiya adından təltif edib.