Sosial şəbəkədə biz:

Sülhməramlıların enerji təminatına 1,3 milyon manat xərclənəcək

18 March 2021, 09:23
Gündəm

“Azərişıq” ASC Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzinin (1), eləcə də Tərtər rayonunun Suqovuşan kəndinin (2) elektrik enerjisi ilə təchizatı üçün elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Everest Tikinti” MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 1,313 milyon manat və 4,568 milyon manat, ümumilikdə 5,881 milyon manat ödəniləcək.