Sosial şəbəkədə biz:

Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkum ƏFV EDİLDİ

18 March 2021, 16:48
Gündəm

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və Vüqar Əliyev əfv edilib.

Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında adı var.

Sərəncama əsasən, V.Əliyevin ömürlük azadlıqdan məhrum etmə cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.