Sosial şəbəkədə biz:

Ölkə üzrə COVID-19-a yoluxma statistikası

19 March 2021, 18:24
Gündəm

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Koronavirus.info saytı xəbər verir ki, ən çox yoluxma halı Bakı şəhərinin payına düşür. Paytaxtda yoluxma 52.9 faiz təşkil edir.

Virusa yoluxmalar Aran bölgəsində 12.9 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.8 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma 0.4 faiz olub.