Sosial şəbəkədə biz:

Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürür

25 March 2021, 08:54
Gündəm

Azərbaycanlı iş adamı Nəsib Həsənov Avropa ilə Cənubi Qafqazı birləşdirən magistral internet kabelinə nəzarət edən “Caucasus Online” provayderinin 100%-lik sahibi olub.

Bu barədə Gürgüstanın agenda.ge informasiya portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, N.Həsənovun başçılıq etdiyi “Neqsol Holding” hələ 2019-cu ildə magistral xəttin sahibi olan “Caucasus Online” şirkətinin səhmlərinin 49%-ni əldə edib. Bugünlərdə isə sonuncunun rəhbəri Xviça Makatsariya səhmlərin yerdə qalan hissəsini də holdinqə satmağı qərara alıb.

Beləliklə də, Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet kabelini nəzarətə götürüb. /Oxu.az