Sosial şəbəkədə biz:

Ermənistanda yoluxma sayı 190 mini ötdü

28 March 2021, 11:29
Gündəm

Ermənistanda son sutka ərzində daha 777 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 190 317 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3464-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 881 nəfərdir. Aktiv xəstələrin sayı 14 466 nəfər təşkil edir.