Sosial şəbəkədə biz:

Məşhur meyxanaçının qəbrinin üstü niyə götürülməyib? - FOTO

28 March 2021, 15:17
Gündəm

2020-ci ilin avqustun 29-da vəfat edən meyxanaçı Vüqar Biləcərinin qəbrinin üstü hələ götürülməyib.

Məzara başdaşının qoyulmamasının səbəbi də məlum olub.

Meyxanaçı sağlığında vəsiyyət edərək məzarına başdaşı qoyulmamasını istəyib. Bunu isə islam dininin dəbdəbəli məzarları qadağan etməsiylə əlaqələndirib. Xatırladaq ki, islam dininə görə müsəlmanın qəbri itməldiir.

Qeyd edək ki, Vüqar Biləcəri uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, daha çox 2004-cü ildə “De, gəlsin” meyxana yarışmasındakı iştirakı ilə tanınmışdı.

Cebhe.info