Sosial şəbəkədə biz:

Naxçıvandan təkzib gəldi: Toyların keçirilməsi qadağandır!

29 March 2021, 17:03
Gündəm

Artıq günlərdir Naxçıvan MR-da toylara icazə verilməsi ilə bağlı məlumat paylaşılıb. Qeyd olunub ki, şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək icazəsi verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli bununla bağlı hər hansı rəsmi qərarın olmadığını deyib. Onun sözlərinə görə, yazılanlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, koronavirus səbəbi ilə ötən ilin mart ayından etibarən Azərbaycanda toy məclislərinin təşkili qadağan olunub.