Sosial şəbəkədə biz:

31 Mart azərbaycanlıların soyqırımı gününün anılması məqsədilə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib

01 April 2021, 21:36
Gündəm


Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, "ƏsgərAiləsi Cəmiyyəti" Vətənpərvərliyin təbliği İctimai Birliyinin sədr müavini, hərbi ekspert, ehtiyyatda olan polkovnik-leytenant Elmar Hüseyn, Vətən Müharibəsi iştirakçısı, ehtiyyatda olan polkovnik-leytenant Firdovsi Vəliyev, ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Türkiyə Cümhuriyyətində təhsil alan tələbələrin iştirakı ilə keçirilən dəyirmi masa Ulu Öndər Heydər Əliyevin, 31 Mart soyqırımı qurbanlarının və eləcə də, 44 günlük Vətən Müharibəsi şəhidlərinin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.

Tədbiri giriş sözü ilə açan  Mərkəzin direktoru Nərgiz Babayeva erməni mənfurlarının soydaşlarımıza qarşı törətdiyi vəhşilikləri, erməni vandalizminin acı nəticələrini gənclərin diqqətinə çatdırdı. Bakı Gənclər Mərkəzinin Vətən Müharibəsi dövründə orduya dəstək və müharibədən sonra şəhid, əlil ailələrinin yanında olaraq onlara dəstəyin göstərilməsindən, "DəmirYumruq" siyasətinin gənclərin üzərinə düşəcək rolundan söz açaraq Mərkəzin bütün gənclərin üzünə açıq olmasını qeyd etdi. 

Ehtiyyatda olan polkovnik-leytenant Elmar Hüseyn Mərkəzin 44 günlük Vətən Müharibəsi dövründə hərbi-vətənpərvərlikistiqamətində ingilis və rus dillərində milli-mənəvi dəyərlərintanıdılmasında əvəzsiz rolunu qeyd etdi.

Daha sonra ehtiyyatda olan polkovnik-leytenant FirdovsiVəliyev 44 günlük Şanlı Qələbənin qazanılmasında əməyi olanorta nəslin Ulu Öndərin, gənc nəslin isə Ali Baş Komandanın zamanında yetişməsini xüsusi vurğuladı.

Daha sonra gənclər 44 günlük Vətən müharibəsi dövründə gənclərin vətənpərvərlik istiqamətində maarifləndirilməsi məqsədilə həyata keçirdikləri işlərdən bəhs edərək, geniş müzakirə apardılar. 

Tədbirin sonunda Mərkəzin direktoru Nərgiz Babayeva qonaqları və gəncləri Ulu Öndər Heydər Əliyevin və Prezidentİlham Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən muzeyə infotura dəvət etdi. Aktiv gənclər infoturun sonunda Xarıbülbül nişanı ilə təltif edildilər.

Nəzərinizə çatdıraq ki, dəyirmi masa və infoturun təşkili xüsusikarantin rejimi qaydalarına uyğun şəkildə həyata keçirilmişdir.

Videonu izləmək üçün link vasitəsilə keçid edə bilərsiniz:

https://youtu.be/f2WdctmHu1A