Sosial şəbəkədə biz:

Kikboksçu aldığı zərbədən dünyasını dəyişdi

05 April 2021, 09:39
Gündəm

Ekvadorda kikboksinq üzrə keçirilən turnirdəki döyüşlərdən biri faciəvi şəkildə sona çatıb.

Belə ki, 25 yaşlı kikboksçu Yoel Kahuskaj döyüş zamanı rəqibindən aldığı zərbədən dünyasını dəyişib.

Başının arxasına endirilən zərbədən idmançı nokauta düşüb. İlk tibbi yardım göstərilsə də, özünə gəlməyib.

Gənc idmançı reanimasiya şöbəsinə yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Teleqraf.com