Sosial şəbəkədə biz:

Cavid Qurbanov haqda ŞOK İDDİA - şəxsi qəbirstanlıq yaradıbmış...

05 April 2021, 13:28
Gündəm

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Masazırda böyük torpaq sahəsini özəlləşdirərək qəbiristanlığa çevirib.

Bununla bağlı məlumatı sosial şəbəkə istifadəçisi Səfər Cavadov paylaşıb.

O bildirib ki, C.Qurbanov sənədləşdirib aldığı torpaq sahəsini həmyerliləri üçün məzarlıq edib.

Qeyd edək ki, Masazırdakı həmin ərazi "Kəlbəcərlilər Qəbiristanlığı" kimi tanınır.