Sosial şəbəkədə biz:

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti məşğələlər keçirilib

09 April 2021, 16:48
Gündəm

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib.

Məşğələlər Əlahiddə Ümumqoşun Ordunun birinci eşelon birləşmələrinin müdafiə zolağında müdafiə və əks-hücum tapşırıqlarının yerinə yetirilməsi mövzuları üzrə taktiki və taktiki-sıra formasında keçirilib.

Məşğələlərin keçirilməsi zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarının təcrübələrinin öyrənilməsi məqsədilə yüksəkliklərə hücumun təşkili və aparılması üçün döyüşün müxtəlif epizotları üzrə bölmələrin fəaliyyəti göstərilib.

Birləşmənin Təlim-Tədris Mərkzində keçirilən yekunda zabitlərin hazırlığının əsasını müstəqil hazırlıq təşkil etdiyi bildirilərək hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib.

https://www.youtube.com/watch?v=T9OXDxZ_rcI