Sosial şəbəkədə biz:

Ermənilər azərbaycanlı deputatı ölümlə hədələdilər

10 April 2021, 13:36
Gündəm

“Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni, “Həbsxanada başını kəsəcəyik”, - deyərək təhdid edir”.

Bunu  "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Milli Məclis deputatı Tural Gəncəli deyib.

Millət vəkili bunu Ermənistanın  uzun illərdir yaratdığı Azərbaycanofobianın təcəssümü kimi qiymətləndirib:

“Etnik nifrətin bariz nümunəsi olan bu davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür”.