Sosial şəbəkədə biz:

Prezident Azərbaycan-Aİ münasibətlərindən danışıb

13 April 2021, 21:58
Gündəm

“Müharibədən sonra yalnız bir Avropa İttifaqı ölkəsinin xarici işlər naziri Azərbaycanla bağlı yersiz açıqlama verib”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında söyləyib.

Onun sözlərinə görə, Avropa İttifaqının yalnız bir üzv dövləti - Lüksemburq müharibə dövründə və ondan sonra Azərbaycana qarşı tənqidlə çıxış edib: 

“Bütün bunlar bütövlükdə Aİ-yə münasibətdə dəyişikliklər yaradır. Müharibədən sonra Azərbaycanla bağlı yersiz açıqlamalar verən yalnız bir ölkə var idi. Ancaq səssizliyimizi qoruduq, yalnız Xarici İşlər Nazirliyimiz cavab verdi”, - o deyib.

Müqayisə üçün Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın azad etdiyi ərazilər Lüksemburqun özündən dörd dəfə böyükdür.