Sosial şəbəkədə biz:

Ramiz Mehdiyevi YAP-dan o təbrik etdi - FOTO

21 April 2021, 21:14
Gündəm

Ramiz Mehdiyevi YAP-dan kimin təbrik etdiyi məlum olub.

Bu, YAP AMEA Ərazi Təşkilatının İdarə Heyətinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanovadır.

Qeyd edək ki, U.Qurbanova 22 dekabr 1983-cü il tarixində Goranboy rayonunun Balakürd kəndində anadan olub. O, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda çalışır. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəsmi saytında yazılan məlumata görə, alimin 6 vəzifəsi var:

1) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi,

2) AMEA-nın vitse-prezidenti qulluğunda aparıcı mütəxəssis,

3) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının üzvü,

4) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,

5) AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının katibi,

6) YAP AMEA Ərazi Təşkilatının İdarə Heyətinin sədri.

sədri.

Konkret.az