Sosial şəbəkədə biz:

Rövnəq Abdullayev "Total"ın Türkiyədəki "zapravka"larını alır

29 April 2015, 10:53
Gündəm
Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Fransanın “Total” şirkətinnin Türkiyədəki yanacaqdoldurma stansiyalarını almaqda maraqlıdır. "Trend"-in məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır. Qəzet yazır ki, SOCAR-ın marağına səbəb aprelin 24-də “Total”ın Türkiyə bazarını tərk edəcəyi ilə bağlı verdiyi açıqlaması olub. SOCAR-ın bu şirkətin Türkiyədəki paylarının 5,3 faizini əldə etmək niyyətində olduğu bildirilir. Başqa detallar barədə qəzetin məlumatında qeyd olunmur. Hazırda SOCAR Türkiyədə “Star” neft emalı zavodunun yaradılması ilə məşğuldur. Zavodun məhsulları yerli bazarda satılacaq.