96 yaşlı AZƏRTAC
1920-ci ildə Azərbaycanın ilk milli xəbər agentliyi AZƏRTAC fəaliyyətə başlayıb.
Azərtac regionda fasiləsiz olaraq 24 saat ərzində 7 dildə informasiya, 5 dildə videoxəbər yayan yeganə agentlikdir və 40-dək ölkənin milli informasiya agentlikləri ilə əməkdaşlığa dair müqavilələr imzalayıb.
O, bir sıra beynəlxalq media qurumlarının, eləcə də 100-dək mötəbər xəbər agentliyini birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinin, dünya üzrə bütün informasiya axınının üçdə iki hissəsini təmin edən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının üzvüdür.
Azərtac-ın 21 xarici ölkədə, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.