Sosial şəbəkədə biz:

Müharibənin ilk günü itkin düşən Pərvizin şəhid xəbəri gəldi

05 May 2021, 13:30
Gündəm

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

“Qafqazinfo” xəbər verir ki, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlu sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Müddətdən Artıq Hərbi Xidmət edən qulluqçu (MAXE) olan P.Tağıyevin nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Şəhidimiz bu gün saat 14:00-da doğulduğu Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.