Sosial şəbəkədə biz:

Baş prokuror tibb müəssisələrindəki qanunsuzluqlardan danışdı

10 May 2021, 12:20
Gündəm

"Koronavirus infeksiyası ilə bağlı klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir".

"Report"un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı ictimaiyyətə ətraflı məlumat verilib: "İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu, ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəziləri yerinə yetirəcək".