Sosial şəbəkədə biz:

Koronavirusa yoluxan Mətanət İsgəndərlinin son durumu

11 May 2021, 13:19
Gündəm

Koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərlidən xəbər var.

Onun səhhəti yaxşılaşıb. Bu haqda aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında məlumat verib:

"Hər gün xəstəxana ilə danışıram. Hazırda durumu yaxşıdır. Müalicə alır. Ağır günləri geridə qoydu. Mətanət İsgəndərli ölümdən döndü".

Qeyd edək ki, M.İsgəndərli və oğlu Kərim Covid-19-a yoluxaraq xəstəxanaya yerləşdirilib.