Sosial şəbəkədə biz:

Azad edilmiş ərazilərdə partlamamış hərbi sursatlar və minalar aşkarlandı

17 May 2021, 14:59
Gündəm

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan virtualaz.org-a verilən məlumata görə, mayın 10-dan 16-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 5 mina və 24 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 395 186 kvadratmetr (139.5 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.