Sosial şəbəkədə biz:

“Şəhidlərin ili çıxana qədər qırmızı geyinməyəcəm“ - Xalq artisti

17 May 2021, 16:52
Gündəm

Xalq artisti Firəngiz Mütəllimova doğma yurdu Şuşadan danışıb.

"Zaurla Günaydın" proqramında qonaq olan aktrisa Şuşa səfərindən təəssüratlarını bölüşüb:

 "Şuşanın yarısı tam gözəldir. Amma Daşaltıdan vurulan yerlər xarabalıqdır. Evlərdə təmir işləri gedir. Evimi uzaqdan gördüm. And içmişdim. İçəri heç əsgər daxil ola bilmir. Evimizin içindən ağaclar bitib, orada yaşayış olmayıb. Kinoteatr da yoxdur. Deyirdim ki, Şuşaya getsəm, mədəniyyət evinin qabağında ayaqyalın rəqs edəcəm. Mədəniyyət evi yox idi. Həm də rəqs etmək həvəsim olmadı. Şəhridlərin ili çıxana qədər qırmızı dodaq və dırnaq boyası çəkməyəcəm, qırmızı geyim geyinməyəcəm. Çəkilişlərə də demişəm ki, gətirməyin".