Sosial şəbəkədə biz:

“Açıq paltar geyindiyimə görə peşmanam, mən elə qız deyildim”

24 May 2021, 08:30
Gündəm

"Açıq-saçıq paltarlar geyindiyimə görə peşmanam".   

Bu sözləri jurnalist Vüqar Kamiloğluna açıqlamasında müğənni Mina Hüseyn deyib. İfaçı fikirlərinə bunları da əlavə edib:

"Çünki elə geyinən qız deyildim. Sadəcə gündəmə gəlmək və izləyicilərin marağına səbəb olmaq üçün belə etdim. Tam tərsi oldu. İnsanlarda mənə qarşı antipatiya yarandı. Bunun üçün çox peşmanam, lakin yavaş-yavaş düzəltməyə çalışıram. Həmin şəkillər həyatımda problem yaratdılar. Anam mənə daim dəstək olur. Amma gördü ki, bu geyimlər xoş qarşılanmır, tənqidlərə tuş gəlirəm. O da dedi ki, qızım, belə geyinmək olmaz".