Sosial şəbəkədə biz:

Operativ Qərargahın bu gündən ləğv etdiyi QADAĞALAR

31 May 2021, 08:44
Gündəm

Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərarlar elan edilib.

Yumşaldılmaların bəziləri 2021-ci ilin mayın 31-dən və bəziləri isə iyunun 10-dan etibarən qüvvəyə minəcək.

Mayın 31-dən etibarən:

- Açıq havada maskadan istifadə tələbi ləğv edilir;

- Metro açılır;

- Rayonlara və şəhərlərə avtobusların fəaliyyəti bərpa edilir.