ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycan, Ermənistan və Gürcüstana səfərə gəlir.
Məlumatı RİA Novosti yayıb.
Məlumata görə, Dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi səlahiyyətlərini icra edən Filip Riker 6-13 iyun tarixlərində Tiflis, Bakı və Yerevana səfər edəcək.
"Riker Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək", - deyə məlumatda qeyd olunub.
Bənzər görüşlər Ermənistan və Azərbaycanda da keçiriləcək, amerikalı diplomat bu ölkələrdə həm də Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.