Sosial şəbəkədə biz:

Kəlbəcərdə atışma olub? - Müdafiə Nazirliyi

06 June 2021, 10:32
Gündəm

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatdır”, - deyə Vaqif Dərgahlı qeyd edib.