Sosial şəbəkədə biz:

Xalq artisti ailəsinin dağılma səbəbini açıqladı

06 June 2021, 10:41
Gündəm

"Mənim üçün əsas ailədir. Ailəli olanda 3 il sənətdən getdim. Bizim ayrılığımıza sənət səbəb olmadı. Xasiyyətinə görə ayrıldıq. Ərə gedəndə 23 yaşım var idi. Amma heç vaxt sənəti atmağıma peşman olmadım".

Bu sözləri Xalq artisti Gülyaz Məmmədova "Zaurla Günaydın" proqramında deyib. Müğənni ailəsinin dağılma səbəbindən danışıb.

"Oğlunu niyə evləndirmir" sualına Xalq artisti "İstəyirəm. "Arşın mal alan"dakı kimi axtarışa çıxmışam. Namizədim var, gözaltı etmişəm. Elə ikimizin də seçimidir", - deyə cavab verib.