Sosial şəbəkədə biz:

Görkəmli alimlər XIX Əsir Borçalı Əhalisinin İmtiyazlı Zümrələri kitabının işıqına toplaşıblar - FOTOLAR

06 June 2021, 12:12
Gündəm

Bakıda görkəmli alimlərin və ziyalıların iştirakı ilə mövcud şərtlərə uyğun "dəyirmi masa" formatında tarix elmləri doktoru Fəxri Valehoğlunun, AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə yayımlanmış yeni kitabı ilə bağlı toplantı keçirilib.

Kitab 19-cu əsrdə Gürcüstandakı qədim ellərin imtiyazlı zümrələrinin (ağalar, bəylər, ruhanilər və s.) kameral təsvirlərini əhatə edir. Akademik Ramiz Məmmədov, professor Hidayət Nuriyev, Dr. Hüseyn Artıkoğlu, Dr. Niyazi Mursaqulov, Dr. İlqar Yusubov, kitabın nəşrinə dəstəyini əsirgəməyən Dr. Valeh Şərifov və digər iştirakçılar kitab barədə öz fikirlərini ifadə ediblər.

Sonda məşhur Şərifli, Bayramlı və Mursaqullar ağa nəsillərinin nümayəndələrinə "Soydaş" İctimai Birliyi və Beynəlxalq Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin adından bu nəsillərə məxsus 1848-ci ilə aid torpaq şəhadətnamələrinin surətləri təqdim olunub.