Ramiz Əzizbəylinin qızı: “Həkimlər ümidverici heç nə demir”
Ramiz Əzizbəylinin vəziyyəti yenidən ağırlaşıb. Bu barədə APA-ya Xalq artistinin qızı Xədicə Əzizbəyli məlumat verib. Onun sözlərinə görə, atasının vəziyyəti dünəndən bəri daha da pisləşib: "Huşu hazırda özündə deyil. Yanaşı xəstəlikləri olduğu üçün vəziyyəti gündən-günə ağırlaşır. Həkimlər ümidverici heç nə demir". Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.