Sosial şəbəkədə biz:

Xaricdə evi olan azərbaycanlı məşhurlar – Siyahı

10 June 2021, 08:06
Gündəm

Şou-biznesin bir çox tanınmış simaları zaman-zaman bahalı mal-mülkləri ilə gündəmə gəlirlər. Bəziləri aldıqları evləri gizli saxlasa da, çoxları Azərbaycandan kənarda da evlərinin olduğunu gizlətmirlər.

- Xalq artisti Röya Ayxanın İstanbulda evi var. Lakin müğənni 5 ildir ki, Bakıda olan bağ evini hələ təmir edə bilmədiyini söyləyib.

- İkinci dəfə ailə quran müğənni Zamiq Hüseynov bir neçə il bundan əvvəl İstanbulda mənzil alıb.

- Xalq artisti Tünzalə Ağayevanın Bodrumda evi var.

- Müğənni Samir Piriyevin də Bodrumda evi var. Artıq ifaçı bir ildən çoxdur ki, Türkiyədə yaşayır.

- Xalq artisti Səməd Səmədov Bodrumda ev alan məşhurlardandır.

- Müğənni Elvin Abdullayev Ankarada ev alıb.

- Müğənni Elariz Məmmədoğlu bir neçə il əvvəl İstanbulda ev alıb. Hazırda ifaçının oğlu İstanbulda, özü isə ABŞ-da yaşayır.

- Müğənni Ayan Babakişiyeva illər öncə Bakıdakı evini satıb, Türkiyədə ev alıb, orada yaşayıb. Hazırda Bakıdadır.

- Müğənni Nadir Qafarzadə İstanbulda ev alıb, lakin ifaçı həmin evi pandemiya vaxtı satıb.

- Xalq artisti Brilyant Dadaşova da illər əvvəl İstanbulda ev alıb.

- Prodüser Tolik (Tarix Əliyev) də Türkiyədə evi olan məşhurlardandır.

- Günel Zeynalova Türkiyədə evi olsa da, kirayədə yaşayır. Öz evində isə valideynləri qalır. Lent.az