Sosial şəbəkədə biz:

Gəncədə imtahandan kəsilən qız intihar etdi

10 June 2021, 11:49
Gündəm

Gəncədə intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

2004-cü il təvəllüdlü Şəms Hüseynova özünü 9 mərtəbəli binanın 7 mərtəbəsindən atıb.

Gənc qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatına görə, hadisəyə səbəb Ş.Hüseynovanın imtahandan kəsilməsi olub.

Faktla bağlı araşdırma aparılır.