Sosial şəbəkədə biz:

İdarə rəisinin oğluna aid avtomobil kolleksiyası - FOTOLAR

12 June 2021, 09:06
Gündəm

"Mənə məlum olan bu avtomobil kolleksiyası Dövlət Miqrasiya Xidməti nəzdindəki Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi İntiqam Behbud oğlu Məmmədovun oğlu Əhmədli Elgiz İntiqam oğlunundur. O, 10-EX-002 dövlət nişanlı bir neçə avtomobil idarə edir".

Bu sözləri sosial şəbəkə hesabında tanınmış bloger Həbib Müntəzir paylaşıb.

H.Müntəzir, məsələ ilə bağlı digər təfərrüatları da qeyd edib:

"Həmçinin, 99-TZ-555 dövlət nişanlı avtomobillər də onundur. Avtomobillərin markaları bunlardır:

Mercedes CLS-Class, BMW X5M Black, Toyota Land Cruiser, Porsche Panamera 4S. Maraqlıdır bir dövlət xidmətinin nəzdindəki idarə rəisinin bu qədər sərvəti hardandır ki, onun övladları yüzminlik avtomobillər sürürlər?" - deyə bloger sual edir.