Sosial şəbəkədə biz:

“Gürcüstan Azərbaycanla etimadı dərinləşdirir” - Amiran Salukvadze

13 June 2021, 11:09
Gündəm

"Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır”. 

Bunu Azərbaycanın 15 ermənini Ermənistan tərəfinə təhvil verməsində Gürcüstanın iştirakını şərh edən hərbi-siyasi ekspert Amiran Salukvadze feysbuk hesabında yazıb.

Gürcü ekspertin sözlərinə görə, bu, yaxın qonşular və regiondakı xarici oyunçuların Gürcüstana etimadın möhkəmlənməkdə olduğunu təsdiqləyir.

A.Salukvadzenin fikrincə, Gürcüstanın prosesdəki rolu qonşuları – Azərbaycan və Ermənistanla etimadın dərinləşməsinə xidmət edir: “İrakli Qaribaşvilinin Bakı, Yerevan və Ankaraya səfərlərinin nəticəsi etimadın dərinləşdirilməsidir”.

Ekspert Gürcüstanın fəal xarici siyasətini alqışlayıb: “Bu, regional kontekstdə müsbət hadisədir və belə addımlar bölgədə sülh, etimad və mehriban qonşuluq münasibətlərinin qurulmasına şərait yaradacaq. Azərbaycan tərəfi İrakli Qaribaşviliyə danışıqlarda oynadığı rola görə artıq minnətdarlıq bildirib”.Report